24 Dekabr 2024, Çərşənbə axşamı

Şərur rayonundakı Cəlilkənddə fəaliyyət göstərən Cəlil Məmmədquluzadənin Xatirə Muzeyində muxtar respublikamızın muzeylərində çalışan bələdçilər üçün seminar-ekskursiya keçirilib.
Seminar-ekskursiyada Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qumral Məmiyeva çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey işçilərinin peşə hazırlığının yüksəldilməsi ilə bağlı tədbirlərin keçirilməsi davam etdirilir. Belə tədbirlərin təşkilində məqsəd muzey bələdçilərinin fəaliyyətini stimullaşdırmaq, onların peşə hazırlığını yüksəltmək, ekskursiya işinin təşkili ilə əlaqədar mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, eyni zamanda muzeylər arasında qarşı­lıqlı əlaqələrin inkişafına köməklik göstərməkdən ibarətdir.
Tədbir iştirakçıları muzey bələdçisinin təqdimatında muzeyin ekspozisiyası ilə tanış olduqdan sonra onlara bələdçi mətninə və bələdçinin etik davranış qaydalarına dair metodik tövsiyələr verilib.

 Arzu Abdullayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR