25 Dekabr 2024, Çərşənbə

Novruz yeni başlanan ilin ilk günü olduğu kimi, həm də yaşıllıq, göyərti, təbii gözəllik deməkdir. Buna görə də bayram ərəfəsində səməni cücərtmək Novruz adətlərindəndir. Səməni yaşıllıq rəmzidir, insanlara xoş əhval-ruhiyyə, bahar təravəti gətirir.

          Səməni, saxla məni,
          Hər il göyərdərəm səni.

Səməni müqəddəs hesab edilmiş, insanlara can verən, xoşbəxtlik gətirən amil kimi də tərənnüm edilmişdir. Səməni ürəkdə tutulan diləyin yerinə yetiriləcəyinə inam doğurmuşdur. Səməni qədim azərbaycanlıların müqəddəs saydığı bir bitkidir. Ona görə də Novruzu qarşılamaq üçün mütləq səməni göyərtmək lazımdır.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR