24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il fevralın 20-də imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam milli-mədəni irsi qoruyub yaşatmağa və yeni nəsillərin Azərbaycançılıq ruhunda tərbiyə olunmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planına əsasən, muxtar respublikada silsilə tədbirlər keçirilir. Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Kitabi-Dədə Qorqud” möhtəşəm sənət abidəsidir” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ceyhun Fərəcov açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışıb.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırova, kitabxananın əməkdaşı Firdovsi Səfərov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, dünya ədəbiyyatının nadir eposlarından olan bu dastanda tariximiz və milli-mənəvi dəyərlərimiz yaşadılır. Epos xalqımızın zəngin adət-ənənələrini, yaşam tərzini, dünyagörüşünü öyrənmək baxımından da dəyərli sənət xəzinəsidir. Milli dəyərlərin mühüm tərkib hissəsi olan vətənpərvərlik, qəhrəmanlıq, yurd sevgisi əsərin əsas ideyasını təşkil edir. Dastanda baş sərkərdədən tutmuş böyükdən-kiçiyə bütün qəhrəmanların doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə hazır olduqları nümayiş etdirilir.
Tədbirdə vurğulanıb ki, “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir edilən bir sıra tarixi hadisələr məhz Naxçıvan ərazisində baş verib. Qədim diyarımızda “Kitabi-Dədə Qorqud”da ifadə olunan çoxsaylı yer-yurd adlarının qeydə alınması bu regionun qədim Oğuz yurdu olduğunu təsdiqləyir.
Tədbirin sonunda “Kitabi-Dədə Qorqud” möhtəşəm sənət abidəsidir” adlı sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR