25 Dekabr 2024, Çərşənbə

Dünən Naxçıvan Dövlət Universitetində Novruz şənliyi keçirilib. Əvvəlcə rektor, akademik İsa Həbibbəyli çıxış edərək kollektivi əziz bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, çox­əsrlik tarixə malik, xalqımızın günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü Novruz bayramı özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, təbiətin füsunkar gözəlliklərini, insanların gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz bayramının mənşəyi, astroloji mənası, bütün türk xalqlarının ümumi bayramı olması ilə bağlı ətraflı məlumat verən rektor bildirib ki, sovetlər zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında yaşayaraq, müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Novruz bayramı 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Bayram konsertində nümayiş etdirilən Novruz adət-ənənələri, musiqi nömrələri, universitetin koreyalı, gürcü, türkiyəli tələbələrinin də qoşulduğu yallılar, “Karvan” Şən və Hazırcavablar Klubunun şux zarafatları tamaşaçılara yüksək əhval-ruhiyyə bəxş edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR