24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 25 iyul 2015-ci il tarixli Sərəncamına əsasən, muxtar respublikada silsilə tədbirlər keçirilməkdədir. Bu tədbirlərin davamı kimi, “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin tələbələri tərəfindən “Kitabi-Dədə Qorqud” dastanındakı “Uruzun dustaq olduğu, Qazan xanın onu xilas etdiyi boy” səhnələşdirilmişdir.

Tamaşa başlamazdan əvvəl universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək bildirmişdir ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan xalq ədəbiyyatının ən qədim və möhtəşəm abidələrindən biridir. Bu abidə Azərbaycan türkünün qədim tarixini, adət-ənənəsini, etnik-estetik görüşlərini, mifik baxışlarını, bir sözlə, maddi və mənəvi dünyasını, türk xalqlarının tarixini bütöv bir şəkildə əks etdirən salnamədir. Rektor onu da diqqətə çatdırmışdır ki, görkəmli dövlət xadimi Heydər Əliyev dastanın dünya miqyasında təbliği və Azərbaycanda adının əbədiləşdirilməsi, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin qeyd olunması haqqında 20 aprel 1997-ci ildə Fərman imzalamışdır. Həmin fərmandan sonra Dədə Qorqudun adının Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında əbədiləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Ulu öndərin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamı da mahiyyət etibarilə bu böyük Azərbaycançılıq abidəsinin dünya mədəniyyəti səviyyəsində dəyərləndirilməsinin məntiqi davamıdır.
Sonra tədbir iştirakçıları tamaşaya baxmışlar. Tamaşa alqışlarla qarşılanmışdır.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR