Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən, tələbə-gənclər Heydər Əliyev Muzeyini, Naxçıvan Dövlət Tarix Muzeyini və Xatirə Muzeyini ziyarət ediblər. Gənclərə ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Vətənin müdafiəsi uğrunda həlak olmuş milli qəhrəmanlarımız haqqında ətraflı məlumat verilib, onlar tariximizi özündə əks etdirən eksponatlarla yaxından tanış olublar.
Ceyhun Məmmədov