24 Dekabr 2024, Çərşənbə axşamı

Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası tərəfindən hər il olduğu kimi, 2015-ci ilin yay mövsümündə də məktəbli oxucuların asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə Naxçıvan şəhərinin ictimai yerlərində kitab sərgiləri, kitab müzakirələri təşkil edilir. Bu tədbirlər məktəblilərin kitab və kitabxanalara marağının artırılmasına, onların mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə müsbət təsir göstərir.

Belə tədbirlərin bu ilin sen­tyabr ayının 15-dək davam etdirilməsi nəzərdə tutulub. Kitabxananın direktoru Kamal Axund­ovun bildirdiyinə görə, bu günədək yay mövsümü ərzində 15-dən çox belə tədbir təşkil olunub. Bu tədbirlər Naxçıvan şəhərindəki “Böyük bağ” Mədəniyyət və İstirahət Parkında, Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında, Dədə Qorqud Meydanında, şəhərin “57-ci” məhəlləsinin 1 və 2 nömrəli, “Çənlibel” məhəlləsinin 27, 28 və 29 nömrəli, Heydər Əliyev prospektindəki 9/4 nömrəli, “İstiqlal” küçəsinin 125 nömrəli binalarının həyətində, Qaraçuq və Əliabad qəsəbələrində keçirilib. Tədbirlərdə, ümumilikdə, 1000 nəfərdən çox məktəbli iştirak edib, 40-dan çox məktəbli kitabxanaya oxucu kimi üzv qəbul olunub.
Avqust ayının 14-də isə kitabxana kollektivi Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzində məktəblilərin qonağı olub.
Kitabxana əməkdaşları 300-dən çox yeni çap olunan bədii ədəbiyyatla məktəbliləri tanış ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR