24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında kitabxana işi üzrə seminar keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarı nazirliyin şöbə müdiri Həsən Kərimov açmışdır.
Qeyd olunmuşdur ki, nazirlik tərəfindən keçirilən yoxlama və reydlərdə muxtar respublikanın kitabxanalarında kargüzarlıq işinin təşkilində də çatışmazlıqlara rast gəlinmişdir. Seminarın məqsədi bu nöqsan və çatışmazlıqların tezliklə aradan qaldırılmasına əməli və metodik köməklik göstərməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri İman Alırzayev “Kargüzarlıq işinin ümumi qaydaları” mövzusunda çıxış edərək bildirmişdir ki, sənədlərin qəbulu, göndərilməsi, icra edilməsi, icraçıya çatdırılması, icraya nəzarət, daxil olan sənədlərin qeydə alınması, sənədlərin, məktubların hazırlanması və tərtibi, əmrlərin hazırlanması zamanı kargüzarlıq işinin qaydalarına riayət edilməlidir.

Çıxışda bu işlərin ümumi qaydaları haqqında ətraflı məlumat verilmişdir.
Nazirliyin əməkdaşı Cəfər Əsədov “Kadr sənədlərinin hazırlanması” mövzusunda çıxışında kadr sənədlərinin hazırlanması, şəxsi işlərin aparılması, şəxsi işlərə aid sənədlər, kadr anketlərinin düzgün doldurulması, əmək müqavilələrinin bağlanması şərtləri, məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması, keçirilən tədbirlərin qeydiyyat kitablarına işlənməsi qaydaları haqqında danışmışdır.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktor müavini Rahilə Məmmədova “Kitabxana işinin metodikası” mövzusunda çıxış edərək çap məhsullarının kitabxana fonduna daxil olması, uçot kitablarının işlənməsi, kitab fondunun hərəkət yekunları və inventar kitablarının doldurulması və işlənmə qaydaları haqqında danışmışdır. Eyni zamanda son illər kitabxana işində olan yeniliklər, iki və üçrəngli biblioqrafiyadan istifadə, kitabxana işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məsələləri də seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.
Seminarda sənədlərin işlənməsi qaydaları müvafiq slaydlar vasitəsilə əyani nümayiş etdirilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR