Ordubad Rayon Uşaq yaradıcılıq mərkəzinin rəsm dərnəyinin üzvlərinə rəssamlıq sənətinə və heykəltəraşlığa aid ustad dərsi keçilib.
Ordubad şəhərindəki Əkbər Ağayev adına 3 nömrəli tam orta məktəbdə keçilən dərs Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
25-dək dərnək üzvünün iştirak etdiyi təcrübi dərsdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva rəssamlıq və heykəltəraşlıq sənətləri barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev 20 Yanvara həsr olunmuş “Hayqırış” əsərinin barelyefinin eskizinin hazırlanmasını şagirdlərə praktik şəkildə izah edib.
Sonda dərnək üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Ceyhun MƏMMƏDOV