24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 fevral 2015-ci il tarixdə imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı milli-mədəni irsi qoruyub yaşatmağa və yeni nəsillərin Azərbaycançılıq ruhunda tərbiyə olunmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 25 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planına əsasən, muxtar respublikada silsilə tədbirlər keçirilir.

Belə tədbirlərdən biri Şərur Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilib. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir” mövzusunda keçirilən tədbirdə kitabxananın direktoru Həbib İmanov çıxış edərək ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının təbliği və təşviqi istiqamətində gördüyü işlərdən danışıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə əsərin təbliği, onun dünya ictimaiyyətinə çatdırılması ilə bağlı konkret qərarlar qəbul edilib. Ümummilli liderin tapşırığı ilə ötən əsrin 70-ci illərində dastan əsasında bədii film çəkilib. 2000-ci ildə Bakıda dastanın 1300 illik yubileyinin təntənəli şəkildə keçirilməsi, “Kitabi-Dədə Qorqud” Ensiklopediyası”nın nəşr olunması dastanı dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən mühüm işlər sırasındadır.
Tədbirdə kitabxananın əməkdaşları Nəzakət Hüseynova, Gülnar Quliyeva və başqaları çıxış ediblər. Diqqətə çatdırılıb ki, Oğuz türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək bəşəri idealların tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR