24 Dekabr 2024, Çərşənbə axşamı

Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində əksini tapmış milli rəqslərimiz 1930-cu illərdə nota salındıqdan sonra bu sənət daha da geniş inkişaf etməyə başladı. Dahi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən 1938-ci ildə yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu sənətin inkişafına böyük təkan verdi. 1958-ci ildə Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının və onun bazasında 1983-cü ildə Naxçıvan Dövlət Filarmoniyasının yaradılması muxtar respublikamızda da rəqs sənətinin inkişafında mühüm rol oynadı.
Zəngin milli elementlərə malik olan rəqslərimiz vasitəsilə hər kəs öz daxilində mənini tapır, xalqına məxsus olan milli dəyərləri dərk edə bilir. Çünki Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, milli xüsusiyyətlərimizi, həyat və məişətimizi özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.
Tariximizi və mədəniyyətimizi dünyaya tanıtmaqda mühüm rol oynayan Azərbaycan milli rəqsləri bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

Günümüzdə gənc nəslin xalq rəqslərinə olan yüksək marağı müşahidə edilməkdədir. Son zamanlar Naxçıvan şəhərində fəaliyyətə başlayan rəqs kurslarının bu sahədəki işini xüsusi vurğulamaq istərdik. 2014-cü ilin may ayından fəaliyyətə başlamasına baxmayaraq, qısa bir zaman kəsiyində kurslara güclü axın yaranmışdır.
Məşqlər zamanı qızlar qrupunda qadın rəqslərinə məxsus olan dövrəboyu sürətlə gediş, süzmək və sürətlə gəziş hərəkətləri, eyni zamanda qadın rəqslərinin əsasını təşkil edən qolların, çiyinlərin, başın və üzün hərəkətləri bütün incəlikləri ilə tədris olunur. Bunlarla yanaşı, oğlanlar qrupunda kişi rəqslərinin əsasını təşkil edən ayaqların hərəkət texnikası da yüksək səviyyədə kursun üzvlərinə öyrədilir.
Milli rəqslərimizin bir çox növlərinin bu kurslarda yeni nəslin bütün yaş qruplarından olan nümayəndələrinə həvəslə öyrədilməsi və sevdirilməsi təqdirəlayiq bir iş kimi qiymətləndirilməlidir. Hazırda rəqs kurslarında 70-ə yaxın uşaq iştirak edir.

Leyla SƏFƏROVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR