26 Dekabr 2024, Cümə axşamı

Ölkəmizin zəngin incəsənət nümunələri içərisində dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən biri olan tikmə sənətinin xüsusi rolu vardır. Xalqımız hələ qədimlərdən məişətdə önəmli yer tutan, texnika və kompozisiya quruluşuna görə bir-birindən fərqlənən zərif görünüşlü bədii tikmələrdən istifadə etmişdir. Əsasən, milli geyim nümunələrimizin, örtüklərin, pərdələrin və digər məişət əşyalarının bəzədilməsində istifadə olunan bu zəngin tikmələr ornamentlərinin zənginliyi və müxtəlifliyi ilə hər zaman seçilmiş, fərqlənmiş, bu günə qədər gəlib çatmışdır ki, bu da xalqımızın öz keçmişinə olan diqqət və ehtiramının ifadəsi kimi diqqəti çəkir. 

             Sevindirici haldır ki, bu qədim el sənətinin yaşadılması üçün bu gün də bir sıra əhəmiyyətli addımlar atılır. Belə təqdirəlayiq addımlardan biri də “Naxçıvan tikmələri” adlı kitabın işıq üzü görməsidir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunmuş “Naxçıvan tikmələri” kitabında qədim tikmə sənətimiz barədə, tikmə sənətimizin müxtəlif növlərindən güləbətin, təkəlduz, doldurma, saya naxışlı bədii tikmə, muncuqlu tikmə, pilək, qurama, cülmə, oturtma, cinağı, basmanaxış, şəbəkə, düymələmə və başqa tikmə növləri haqqında geniş məlumat verilmişdir.

Kitabda eyni zamanda muxtar respublikamızda hazırlanmış XIX əsrə və hazırkı dövrümüzə aid müxtəlif tikmə növlərinin fotoları da əks olunmuşdur.

            Onu da qeyd edək ki, “Naxçıvan tikmələri” kitabında tikmə sənətimiz haqqında Azərbaycan dili ilə yanaşı, ingilis dilində də məlumatlar yerləşdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR