24 Dekabr 2024, Çərşənbə axşamı

Mayın 7-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 1941-1945-ci illər müharibəsində qazanılan qələbənin 70 illik yubileyi münasibətilə “Uzaq sahillərdə” filmi nümayış olunub.

İmran Qasımov və Həsən Seyidbəylinin eyniadlı povesti əsasında 1958-ci ildə ekranlaşdırılmış filmdə Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və keçmiş Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizədən bəhs edilir. Partizan hərəkatında “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadə çətin döyüş tapşırıqlarını yerinə yetirərək almanlara daxildən təsirli zərbələr vurur. Müharibə zamanı əsir düşsə də, düşərgədən qaçaraq Yuqoslaviya, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparır, əfsanəvi qəhrəman kimi şöhrət qazanır.
Qələbənin 70 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında qeyd olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planının müvafiq bəndinə əsasən, gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmaları, dünyagörüşlərinin artırılması məqsədilə vətənpərvərlik mövzusunda nümayiş olunan “Uzaq sahillərdə” filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Filmi 450-yə yaxın gənc tamaşaçı izləyib.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR