24 Dekabr 2024, Çərşənbə axşamı

Mayın 2-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Babək Rayon Mədəniyyət Evində konsert olub. Konsert proqramı başlamazdan əvvəl rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ceyhun Fərəcov çıxış edərək bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində parçalanmaqda olan ölkəmizi, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətçiliyimizi xilas edib, bugünkü müstəqil, suveren Azərbaycan Respublikasını bizə əmanət qoyub. Bu gün ulu öndərin əsasını qoyduğu siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın ən öncül dövlətləri sırasında yerini alıb.
Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyinin direktoru Akif Hacıyev “Ümummilli lider Heydər Əliyev və milli dəyərlərimiz”, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırova “Mədəniyyətimizin hamisi” mövzularında çıxış ediblər. Çıxışlarda ulu öndər Heydər Əliyevin mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərindən bəhs edilib.

Sonra Babək Rayon Uşaq musiqi məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim olunub. Şagirdlərin ifasında “Segah təsnifi”, “Rast” muğamı və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Həmin gün Şərur Şəhər Uşaq incəsənət məktəbinin şagirdləri Şərur rayonundakı Cəlilkənddə, Şərur Rayon Ələkli Kənd Uşaq musiqi məktəbinin şagirdləri rayonun Vərməziyar kəndində, Culfa Şəhər Uşaq musiqi məktəbinin musiqi kollektivi Cufa rayonunun Ərəzin kəndində, Sədərək Rayon Uşaq musiqi məktəbinin şagirdləri Sədərək kəndində, Ordubad Şəhər Uşaq musiqi məktəbinin musiqi kollektivi isə Ordubad şəhərində konsert proqramı ilə çıxış ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR