Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 1941-1945-ci illər müharibəsində qazanılan qələbənin 70 illik yubileyi münasibətilə film nümayış olunub. Qələbənin 70 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında qeyd olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planının müvafiq bəndinə əsasən, gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmaları, dünyagörüşlərinin artırılması məqsədilə vətənpərvərlik mövzusunda nümayiş olunan “Əsgər atası” filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Filmi 450-yə yaxın gənc tamaşaçı izləyib.
Ceyhun Məmmədov