24 Dekabr 2024, Çərşənbə axşamı

Xəbər verdiyimiz kimi, martın 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında AMEA-nın müxbir üzvü, siyasi karikaturaçı Kərim Kərimovun 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş fərdi sərgisi açılıb.
Beynəlxalq terrorizm, separatizm və soyqırımını ifşa edən sərgidə rəssamın 113 karikatura əsəri nümayiş etdirilir. Bu əsərlərdə erməni terrorunun iç üzü, xalqımıza qarşı zaman-zaman təşkil edilən soyqırımı hadisələri fırçanın “dili” ilə bir daha təqdim olunur, bu faciələrin günahkarlarına nifrəti daha da artırır.
Dünən AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Heydər Əliyev adına Hərbi Liseyin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Gənc Vətənpərvərlər İctimai Birliyinin, Naxçıvan Dövlət Texniki, Musiqi və Tibb kolleclərinin kollektivləri sərgiyə gələrək burada nümayiş etdirilən əsərləri maraqla izləyiblər. Sərgiyə baxanlar erməni vandalizminin, terroru dövlət səviyyəsində himayə edən Ermənistanın və himayədar­larının beynəlxalq hüquq normalarını pozaraq insanlığa qarşı törətdiyi soyqırımı faktlarının mahiyyətini əks etdirən tablolarla yaxından tanış olublar. Bu karikaturalar alim-rəssamın dərin zəkaya, elmi dünyagörüşə malik olduğunu bir daha göstərir.
Qeyd edək ki, ustad rəssam Kərim Kərimovun fərdi sərgisi aprelin 2-dək davam edəcək.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR