24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sərginin açılışı olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva bildirib ki, muxtar respublika rəssamlarının azərbaycanlıların soyqırımına həsr olunmuş bu əsərləri xalqımızın yaddaşına qara hərflərlə yazılan tarixi bir daha yada salır. Gənc rəssamlarımızın bu sərgiyə biganə qalmamaları və sözügedən mövzuda yeni yaradıcılıq nümunələri nümayiş etdirmələri isə onların vətənpərvər ruhda yetişmələrinin göstəricisidir.
Sonra sərgiyə baxış olub. Sərgidə mübarizlik, qəhrəmanlıq, gələcəyə inam və qətiyyət ruhu aşılayan əsərlər böyük tamaşaçı rəğbəti qazanıb. Belə əsərlər sırasında milli qəhrəmanlarımızın portretləri xüsusilə diqqəti cəlb edib. Ölməz qəhrəmanlarımız Çingiz Mustafayev və Mübariz İbrahimovun portretlərini rəssam Arzu Novruzov və Səyyad Bayramov böyük ustalıqla təsvir ediblər. Sərgiyə gələnlər rəssamlarımızdan Xalq rəssamı Hüseynqulu Əliyevin “Soyqırımı”, Fikrət Babayevin “Qan yaddaşı”, Çimnaz Gözəlovanın “Dəhşətli günün anları”, Rəfael Qədimovun “Kədər”, Arzu Novruzovun “Dəhşət”, Nəsrullah Musayevin “Tarixin addım izləri”, Məhəmmədəli Ələkbərovun “Zamana üsyan”, Fikrət Babayevin “Faciə”, Eldar Zeynalovun “Soyqırıma xatirə”, Qəhrəman Tağıyevin “Şəhidlər”, Nuranə Novruzovanın “Təskinlik” və başqa rəssamların əsərlərinə maraqla baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR