İlk belə tədbir martın 12-də Babək Rayon Mədəniyyət Evində təşkil olunub.
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konsertində filarmoniyanın solistlərindən Əli Davudi, Yaşar Qurbanov, Elçin Nağıyev, Qəribə Həsənova, Tural Nəcəfov tərəfindən ifa edilən “Azərbaycan bayrağı dalğalanır”, “Bayram marşı”, “Naxçıvanım”, “Zibeydə”, “Sən mənim, mən sənin”, “May Vey” və digər mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Estrada orkestrinin ifasında səsləndirilən bəstəkar S.Əliyevanın “Ana intizarı”, Şubertin “Axşam serenadası”, Karlosun “Tanqo” əsərləri konsertə xüsusi ab-hava qatıb. Konsertdə bəstəkar Tofiq Quliyevin, Ramiz Mirişlinin, Xəyyam Mirzəzadənin, klassiklərdən Yohann Ştrausun, Şubertin bəstələrini də səsləndirən estrada orkestri yüksək səviyyəli professional orkestr olduğunu bir daha nümayiş etdirib və böyük tamaşaçı rəğbəti qazanıb.
Xəbərlər şöbəsi