17 May 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində Naxçıvan Aşıqlar Birliyinin fəaliyyəti ilə əlaqədar tədbir təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov qeyd etmişdir ki, mədəniyyət müəssisələri xalq yaradıcılığı, xüsusən aşıq sənətinin təbliği ilə bağlı öz işlərini qurarkən yaradıcılıq təşkilatları ilə əlaqəli fəaliyyət göstərməlidirlər. Yaradıcılıq təşkilatları ilə birlikdə tədbirlər keçirməklə bu əlaqələri canlandırmaq işimizdə başlıca yer tutmalıdır. Naxçıvan Aşıqlar Birliyi konsertlər təşkil edərkən muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində saz ixtisası üzrə təhsil alan istedadlı şagirdlərin qüvvəsindən də istifadə edilməlidir. Hazırda muxtar respublikanın musiqi məktəblərində 62 nəfər saz ixtisası üzrə təhsil alır. Bundan başqa, nazirliyin Elmi-Metodik Mərkəzi tərəfindən ötən il yaradılan “Ozan” yaradıcılıq studiyasına 15 nəfər yeniyetmə qız cəlb olunmuşdur. Mərkəzin nəzdində fəaliyyət göstərən “Sazçı qızlar” ansamblı da aşıq sənətinin təbliği üçün fəaliyyətini gücləndirməlidir.

Naxçıvan Aşıqlar Birliyinin sədri İxtiyar Seyidov birliyin fəaliyyətində olan durğunluğun aradan qaldırılması yollarından danışmışdır. O qeyd etmişdir ki, birliyin 21 üzvü olsa da, onlar arasında əlaqə zəifdir. Durğunluqdan çıxmaq üçün birlik üzvləri vaxtaşırı toplanmalı, yaradıcılıq fəaliyyətlərini müzakirə etməlidirlər. Aşıq sənətini tədris edən birlik üzvləri istedadlı şagirdlərin televiziya verilişlərində tanıdılması qayğısına da qalmalıdırlar. Birlik aşıq sənətinin yaşadılması istiqamətində bu sənətin təbliği işini düzgün qurmalıdır.
Tədbirdə Naxçıvan Aşıqlar Birliyinin üzvlərindən Tural Bağırov, Əli İsmayılov, Könül Taroyeva, Aydın Cəfərov, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyev və başqaları çıxış etmişlər.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR