25 Dekabr 2024, Çərşənbə

Ordubad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində bu mövzuda tədbir keçirilib. Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyev açıb. Bildirilib ki, Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır”, – sözlərini xatırladan A.Əliyev bildirib ki, Naxçıvanın muxtariyyəti bu qədim diyarda yaşayıb-yaradan qələm sahiblərinin müntəzəm olaraq müraciət etdikləri mövzuya çevrilib. Həm sovetlər dönəmində, həm də müstəqillik illərində bu mövzuda gözəl əsərlər yaradılıb. Hüseyn Razi, Əliyar Yusifli, Hüseyn İbrahimov, Elman Həbib, Muxtar Qasımzadə, Asim Yadigar və başqalarının yaradıcılığına nəzər salsaq, bunun bir daha şahidi olarıq.
“Naxçıvan muxtariyyəti naxçıvanlı şair və yazıçıların yaradıcılığında” mövzusunda çıxış edən rayon Təhsil Şöbəsinin əməkdaşı Əyyar Səfərov bildirib ki, ədəbiyyatın müxtəlif janrlarında Naxçıvanın muxtariyyəti tərənnüm olunub. Bu mövzuda qələmini sınayan müəlliflər muxtariyyətin bu qədim diyara bəxş etdiyi nailiyyətləri təkcə zaman və məkan prizmasından deyil, həm də tarixi gerçəklikdən oxucuya çatdıra biliblər. Bu gün ədəbiyyatımızın mirasına çevrilən həmin əsərlər həm də öz bədii ideya istiqaməti ilə diqqəti çəkir.

 Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR