25 Dekabr 2024, Çərşənbə

“Kitab bilik mənbəyidir. Bu mənbədən daim istifadə etmək insanın biliyini artırmaqla bərabər, həm də onun dünyagörüşünə təsir edir. Buna görə də uşaq və yeniyetmələrdə kiçik yaşlardan mütaliə mədəniyyətinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Naxçıvan şəhərində mütəmadi olaraq keçirilən kitab sərgiləri də bu amala xidmət edir”. Bu fikirlər dünən Naxçıvan şəhərindəki Dədə Qorqud meydanında təşkil edilmiş kitab sərgisində Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının direktoru Kamal Axundov tərəfindən səsləndirilib. Kitabxana direktorunun bildirdiyinə görə, sərgidə xalqımızın ümummilli lideri Heydər Əliyevə və Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş 250-yə yaxın kitab nümayiş etdirilib.
Sərgidə şəhər sakinləri və məktəblilər iştirak ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR