Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Əcəmi seyrəngahında “Tariximiz fotolarda” adlı tədbir keçirilib.
Tədbirin açılışında çıxış edən nazirliyin əməkdaşı Nicat Babayev tarixi abidələrimizin sosial şəbəkələrdə geniş təbliğ edilməsinin vacibliyini vurğulayıb və belə tədbirlərin silsilə xarakteri daşıyacağını bildirərək bunun əhəmiyyətindən danışıb. Sonra “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Tahir Məmmədli çıxış edərək gənclərin sosial şəbəkələrdən düzgün istifadə etmələrinin, tariximizin, abidələrimizin daim təbliğ edilməsinin vacib olduğunu qeyd edib.
Daha sonra gənclərə Möminə xatın türbəsi haqda məlumat verilib.
Tədbirin sonunda gənclər sosial şəbəkələrdə paylaşmaq üçün abidənin fotolarını çəkiblər.
Ceyhun MƏMMƏDOV