25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində muxtar respublikanın 90 illik yubileyi ilə əlaqədar muxtar dövlətin mədəni həyatındakı xidmətlərinə görə bir qrup mədəniyyət işçisi mükafatlandırılmışdır. Heydər Əliyev Muzeyinin direktoru Ramil Oruc­əliyev, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova, Bəhruz Kəngərli Muzeyinin direktor əvəzi Mahir Məmməd­ov, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının şöbə müdiri Südabə Süleymanova, Şərur Rayon Xalq Teatrının rejissoru Nəsimi Məmmədzadə, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının orkestr artisti Elçin Axundov “Azərbaycan Respublikasının fəxri mədəniyyət işçisi” döş nişanları ilə təltif edilmişlər.
Mədəniyyət işçilərindən Faiq Heydərov (Babək Rayon Mədəniyyət Evinin direktoru), Sevda Yusif­ova (Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi), Tofiq Rüstəmov (Kəngərli Rayon Mədəniyyət Evinin direktoru), Qurban Nəcəfov (Culfa Rayon Mədəniyyət Evinin bədii rəhbəri) və başqaları isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları və pul mükafatına layiq görülüblər.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR