25 Dekabr 2024, Çərşənbə

İyunun 5-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar Naxçıvan Musiqi Kollecinin simfonik orkestrinin konserti olmuşdur.
Konsertdən əvvəl kollecin müəllimi Səməd Əsgərov çıxış edərək bildirmişdir ki, 1924-cü il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekretinə əsasən, Naxçıvan Muxtar Respublikası yaradılmışdır. Bununla da, qədim diyarın statusu qəti şəkildə müəyyənləşdirilmişdir. Ötən əsrin sonlarında, bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanılmasına imkan yaratmışdır.

“Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm amil olmuşdur”, – deyən Səməd Əsgərov bu statusun ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyəti dövründə Naxçıvanın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizədə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Sonra kollecin simfonik orkestrinin konserti olmuşdur. Konsertdə klassik Azərbaycan musiqisi nümunələri, bəstəkar mahnıları ifa edilmişdir. Orkestrin ifasında səsləndirilən Ü.Hacıbəylinin “Azərbaycan Respublikasının Dövlət himni”, R.Məmmədovun “Doğma Naxçıvan”, M.Maqomayevin “Azərbaycan”, F.Əmirovun “Azərbaycan süitası” və digər musiqi nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR