25 Dekabr 2024, Çərşənbə

Dünən Naxçıvan Dövlət Filarmoniyasında muxtar respublikamızda fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş konsert proqramı olmuşdur.

Tədbiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq qeyd etmişdir ki, Milli Qurtuluş Günü müasir Azərbaycan dövlətinin tarixində mühüm mərhələdir və bu günü yada saldıqca Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri bir daha gözlərimiz önündə canlanır. Ona görə də bugünkü əmin-amanlıq üçün hər bir Azərbaycan vətəndaşı ulu öndər Heydər Əliyevi böyük sevgi və ehtiramla anır. Azərbaycan dövlətçiliyinin xilası ümummilli liderimiz Heydər Əliyevin yorulmaz və gələcəyə hesablanmış müdrik fəaliyyəti ilə bağlıdır. Məhz ulu öndərimizin dahiyanə dövlətçilik təcrübəsi və uzaqgörənliyi 21 il bundan əvvəl Vətənimizi və dövlətimizi görünməmiş bəlalardan qurtardı.
Nazir bildirmişdir ki, ulu öndər öz xilaskarlıq missiyası ilə Azərbaycan torpağına həm də quruculuq və inkişaf gətirmiş, insanlarımızda sabaha inam oyatmışdır. Xalqımız Milli Qurtuluş Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir.
Sonra konsertdə iştirak edən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin bir qrupuna nazirliyin fəxri fərmanları təqdim edilmişdir.
Konsertdə muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarından Niyazi, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov və başqalarının əsərləri səslənmişdir. Məktəbli musiqiçilərin ifasında səslənən muğam, rəqs və aşıq musiqiləri, həmçinin Avropa bəstəkarlarının əsərləri maraqla qarşılanmışdır.

Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR