25 Dekabr 2024, Çərşənbə

Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Çeşməbasar kənd mədəniyyət evində Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”əsərinin müzakirəsini keçirmişdir. Tədbiri giriş sözü ilə Güznüt kənd mədəniyyət evinin direktoru Zülfüqar Babayev açmışdır.
Müzakirədə çıxış edən Çeşməbasar kənd kitabxanasının müdiri Səkinə Məmmədova, Çeşməbasar kənd tam orta məktəbinin müəllimləri Bəsti Bədəlova və Könül Babayeva bildirmişlər ki, bu il ölkə­mizdə xalqımızın ictimai-mədəni fikir tarixinin böyük nümayəndəsi, maarifçi, ensiklopedik yaradıcılığa malik alim, “Qüdsi” təxəllüslü şair və yazıçı Abbasqulu ağa Bakıxanovun anadan olmasının 220 illik yubileyi qeyd olunur. Abbasqulu ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi A.Bakıxanovun adı ilə sıx bağlıdır.

A.Bakıxanovun elmi və bədii əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. Böyük alim və şəxsiyyə­t­in əsərlərinin tədqiqinə və nəşrinə həmişə ehtiyac duyulacaqdır. Azərbaycan tarixinə Abbasqulu ağa Bakıxanov görkəmli maarifpərvər, Azərbaycan tarixşünaslığının elmi əsaslarını qoymuş filosof-alim, jurnalist, filoloq, astronomiya və coğrafiya kitablarının müəllifi kimi daxil olmuşdur. A.Bakıxanovun ən məşhur əsəri “Gülüstani-İrəm” tarixi əsəridir. Əsər Azərbaycan tarixşünaslığının inkişafında böyük rol oynamışdır. Burada Azərbaycan tarixinin qədim zamanlardan 1813-cü ilədək olan dövrü əhatə olunmuşdur.
Müzakirədə kitabxana fəalları iştirak etmiş, əsər haqqında öz fikirlərini bildirmişlər.

Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR