25 Dekabr 2024, Çərşənbə

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı bu il yaradılmasının 25 illiyini qeyd edəcəkdir. Bu il Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” IV Beynəlxalq Kukla Teatrları Festivalından qayıdan kollektiv may ayının 12-dən muxtar respublikanın rayon və kəndlərində yaz-qastrol səfərinə çıxmışdır. Şərur rayonunun Zeyvə, Maxta, Dəmirçi, Aralıq, Qarxun, Danyeri, Xanlıqlar kəndlərində məktəblilər qarşısında tamaşa göstərən teatrın kollektivi rəğbətlə qarşılanmışdır. Kollektivin Kəngərli rayonunun Şahtaxtı, Qıvraq, Xok, Böyükdüz kəndlərində göstərdiyi tamaşalar da maraqla qarşılanmışdır.

Dünən Culfa şəhər məktəblərində, rayonun Dizə, Yaycı kəndlərində tamaşa göstərmiş teatrın kollektivi növbəti səfərində Babək rayonunun Nehrəm, Zeynəddin, Sirab, Şıxmahmud, Yarımca kəndlərində balaca tamaşaçılar qarşısında çıxış edəcəkdir.
Teatrın bədii rəhbər-direktoru, Xalq artisti Yasəmən Ramazanovanın bildirdiyinə görə, kollektiv may ayının sonunda Ordubad şəhərində və rayonun Dəstə kəndində də məktəblilərə tamaşa göstərəcəkdir.
Qeyd edək ki, kukla teatrının balaca tamaşaçılara və məktəblilərə göstərdiyi tamaşa Nağı İsmayılzadənin “Ağca və Bozca” əsəri əsasında hazırlanmış eyniadlı tamaşadır. Tamaşanın balacalara aşılamaq istədiyi əsas məqsəd xeyirxahlıq, mərhəmət, anaya məhəbbət, çətin anlarda bir-birinə kömək əli uzatmaqdır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Rəfael Qədimov, bəstəkarı Əli Məmmədov, mahnı mətnlərinin müəllifi şair Zaur Vedilidir.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR