25 Dekabr 2024, Çərşənbə

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbiri mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq qeyd etmişdir ki, bu günün qeyd olunmasında əsas məqsəd xalqlar arasında mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verməkdir.
Nazir çıxışında bildirmişdir ki, Azərbaycanda bu sahənin inkişafı, muzeyşünaslığın təşəkkül tapması, muzeylər şəbəkəsinin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə muzeylərə böyük diqqət və qayğı göstərmişdir. 1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, bu gün ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir.

“Bu gün doğma Azərbaycanımızda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır, böyük işlər həyata keçirilir”, – deyən Sarvan İbrahimov vurğulamışdır ki, muxtar respublikamızda da muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində qədim diyarda yeni muzeylər yaradılmış, fəaliyyətdə olan muzeylər təmir olunmuşdur. Bu tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğ olunmasına şərait yaratmışdır. Əgər 1997-ci ilədək qədim diyarda 13 muzey var idisə, hazırda 25 müxtəlifprofilli muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Nəzakət Əsəd­ova, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova, Bəhruz Kəngərli Muzeyinin direktor əvəzi Mahir Məmmədov çıxışlarında muzey işinin müxtəlif məqamlarından danışmış, muzeylərin keçmişlə bu günümüz arasında körpü rolu oynadığını vurğulamışlar.
Tədbirdə fərqlənən muzey işçilərinin bir qrupuna Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim edilmişdir.
Sonra tədbir iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə baxmışlar.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR