25 Dekabr 2024, Çərşənbə

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təhsil ocaqlarının şagirdləri arasında keçirilən bədii qiraət müsabiqəsinin final mərhələsi olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi şeir müsabiqəsinin finalında bundan öncəki mərhələlərin qalibi olan 29 şagird iştirak edib.
Bədii qiraət müsabiqəsinin final mərhələsinə start verilməzdən əvvəl ulu öndərimizin həyat və fəaliyyətinə, onun gərgin əməyi nəticəsində ölkəmizdə, eləcə də muxtar respublikada əldə olunan inkişaf və tərəqqiyə həsr olunan videoçarx nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin parlaq gələcəyi naminə gördüyü işlərdən, elm və təhsilin inkişafı istiqamətində misilsiz xidmətlərindən söz açıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonrakı illərdə, bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində də bir sıra uğurlar əldə edildiyini deyən təhsil naziri vurğulayıb ki, bu uğurların ilhamverici qüvvəsi və qarantı məhz böyük rəhbər Heydər Əliyevin müəllifi olduğu təhsil siyasəti olub.
Sonra müsabiqəyə start verilib. Münsiflər heyətinin rəyinə əsasən, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Səma Xəlilli və Heydər Əliyev adına Hərbi Liseyin kursantı Yunis Quliyev birinci yerin sahibi olublar.
Sonda ilk üç yeri tutan qaliblərə muxtar respublika Təhsil Nazirliyinin diplom və qiymətli hədiyyələri, ümumilikdə, final mərhələsinin iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov iştirak edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR