Babək Rayon Xalq Teatrı yarandığı gündən hazırladığı əsərlərlə tamaşaçıların rəğbətini qazanıb. Repertuarını zənginləşdirməyə çalışan kollektiv bu günlərdə Xalq şairi Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərini yeni quruluşda tamaşaya hazırlayır. Ailə-məişət mövzusunda olan əsərdə tamaşaçıya mənəvi təmizlik, vəzifə borcuna məsuliyyət, insan ləyaqətinin uca tutulması kimi dəyərlər aşılanır.
Tamaşanın rejissoru Yusif Əliyev, musiqi tərtibatçısı Səyyad Məmmədov, rəssamı Əli Səfərovdur. Rollarda Firdovsi Səfərov, Şölə Novruzbəyli, Vüsalə İsmayılova, Stella Babayeva, İsmayıl Qurbanov və başqaları çıxış edirlər.
Sona MİRZƏYEVA