25 Dekabr 2024, Çərşənbə

Dünən Naxçıvan Müəllimlər İnstitutunda Naxcıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr edilmiş tədbirlər silsiləsindən “Şair Asim Yadigarın yaradıcılığında Vətən və vətəndaşlıq” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli açaraq tədbirin mahiyyətindən danışmışdır.
Naxçıvan Müəllimlər  İnstitutunun müəllimi Həsənəli Eyvazlı “Asim Yadigarın yaradıcılığında Vətən və vətəndaşlıq” mövzusunda çıxış edərək bildirmişdir ki, müasir dövrdə aktual mövzulardan olan vətənpərvərlik Naxçıvan ədəbi mühitində hər zaman öndə olmuşdur.

Bu ədəbi mühitdə öz sözü və dəst-xətti ilə seçilən şair-dramaturq Asim Yadigar yaradıcılığında Vətən amilinə böyük yer verən şairlərimizdəndir. Doğma el-obasına böyük sevgi ilə yanaşan, onun gözəlliklərini özünəməxsus üslubda vəsf edən şair həm də bu şeirlərin dili ilə gənc nəslin təlim-tərbiyəsində vətənpərvərlik hissinin aşılanmasını əsas amil kimi ifadə edir. Dörd dram, on səkkiz poema və çoxsaylı şeirlərin müəllifi olan Asim Yadigar  “Darıxan məzarlar”, “Hücum əmri ver mənə”, “Döyüş havaları çaldırmalıyıq” və digər bu kimi şeirləri ilə vətəndaşlıq amilini hər zaman ön planda saxlamağı bacarır. Qeyd edilmişdir ki, doğma Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarı Asim Yadigarın ilham mənbəyidir. Muxtar respublikamızın bugünkü inkişafından ruhlanan şair yaradıcılığında bu gözəllikləri vəsf etməklə yanaşı, həm də əsl vətəndaşlıq münasibətini ortaya qoyur.
Naxçıvan Müəllimlər İnstitutunun müəllimlərindən Sədaqət Həsənova, Əbülfəz Əzimli, Süsən Kərimli çıxış edərək şairin yaradıcılığının məziyyətlərindən bəhs etmişlər.
Sonra ali təhsil ocağının tələbələrinin ifasında şair Asim Yadigarın vətənpərvərlik mövzusunda yazdığı şeirlər bədii qiraət olunmuşdur.
Tədbirin “Şairlə üz-üzə” hissəsində Asim Yadigar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR