25 Dekabr 2024, Çərşənbə

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin qarşısında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Həsən Kərimov açaraq bu günün əhəmiyyətindən  danışmışdır.

Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin ölkə­mizə rəhbərliyinin bütün dövrlərində xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsin qorunması sahəsində böyük işlər həyata keçirilmişdir. Ulu öndər tarix və mədəniyyət abidələrinin qorunmasının vacibliyini qeyd edərək deyirdi: “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi üçün zəruri qanunların yaradılmasını, fəaliyyətini təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır”.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, təbliği və tədqiqi sahəsində böyük işlər həyata keçirilir. Dövlət başçısının  2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Pro­qramı” bunun bariz ifadəsidir.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Nizami Rəhimov çıxışında qədim Naxçıvanın tarix və mədəniyyət abidələri ilə zənginliyindən söhbət açmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı mədəni irsimizin öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyətə malikdir.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov Naxçıvan abidələrinin öyrənilməsində qazanılmış nailiyyətlərdən söhbət açmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali   Məclisi Sədrinin imzaladığı sərəncamlar tarixi abidələrimizin öyrənilməsi, tədqiqi və qorunması sahəsində böyük işlərin görülməsinə şərait yaratmışdır. Ali Məclis Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı ”Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncama əsasən, Gəmiqaya abidəsinə arxeoloji ekspedisiya təşkil edilmiş, yeni qayaüstü təsvirlər və arxeoloji abidələr aşkar edilərək tədqiq olunmuşdur.
Vurğulanmışdır ki, muxtar respublikamızda tarixi abidələrimizin öyrənilməsi ilə yanaşı, onların təmiri və bərpası da diqqət mərkəzində saxlanılır. Son 18 ildə 60-dan çox tarix və mədəniyyət abidəsinin bərpası və təmiri bu işlərin ardıcıl olduğunu göstərir.
Tədbirin sonunda Açıq Səma Altında Muzeyin ekspozisiyasına baxış olmuşdur.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR