25 Dekabr 2024, Çərşənbə

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini  Rahilə Məmməd­ova açaraq bildirmişdir ki, A.Bakıxanovun bütün elmi və ədəbi yaradıcılığının əsas qayəsi xalqı maarifləndirmək olmuşdur.
Kitabxananın şöbə müdiri Tamella Əsgərova məruzəsində qeyd etmişdir ki, Azərbaycan tarixinə Abbasqulu ağa Bakıxanov görkəmli maarifpərvər, Azərbaycan tarixşünaslığının elmi əsaslarını qoymuş filosof-alim, jurnalist, filoloq, astronomiya və coğrafiya kitablarının müəllifi kimi daxil olmuşdur. A.Bakıxanovun ən məşhur əsəri “Gülüstani-İrəm” tarixi əsəridir. Əsər Azərbaycan tarixşünaslığının inkişafında böyük rol oynamışdır. Burada Azərbaycan tarixinin qədim zamanlardan 1813-cü ilədək olan dövrü əhatə olunmuşdur.
Sonra  məruzə ətrafında Minayə Nəbisoyun, Vəsilə Cəfərovanın çıxışları olmuşdur.
Vurğulanmışdır ki, A.Bakıxanov çoxlu təmsil və avtobioqrafik xarakterli əsərlər də yazmışdır. Onun ərəb və fars dillərində lirik şeirlərdən ibarət divanı da vardır ki, indiyədək araşdırılmamış qalır və hal-hazırda Təbriz Milli Kitabxanasında qorunur.
Sonda “Abbasqulu ağa Bakıxan­ov – 220” adlı sərgiyə baxış olmuşdur.

Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR