25 Dekabr 2024, Çərşənbə

“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzində mərkəzin yaradılmasının beşinci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə mərkəzin direktor əvəzi Zaur Əliyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 9 aprel 2009-cu ildə xalq yaradıcılığının ən qədim sahələrindən biri olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişafı, təbliği, tanıdılması məqsədilə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Mərkəzin yaradılmasının beş ili tamam olur. Ötən müddətdə mərkəz Naxçıvan mətbəxinin təmsil və təbliğ olunması sahəsində bir sıra işlər görmüşdür.

Mərkəz yarandığı gündən əməkdaşlar bir sıra bölgələrə səfər edib, unudulmaqda olan mətbəx nümunələrinin toplanması və bərpası, təbliği, mətbəximizlə bağlı bir sıra folklor nümunələrinin toplanması ilə məşğul olub. Ötən müddət ərzində öz işini günün tələbləri səviyyəsində qurmağa çalışan mərkəz bir sıra festivallarda iştirak edib, sərgilərdə Naxçıvan kulinariya mədəniyyətini uğurla tanıdıb.
Qeyd edilib ki, bu beş il ərzində mərkəzin ən böyük uğurlarından biri “Naxçıvan mətbəxi” kitabının işıq üzü görməsi olub. Bu kitab muxtar respublika rəhbərinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən hazırlanıb. Kitabın unikallığı ondan ibarətdir ki, indiyədək Naxçıvan mətbəxi haqqında bu cür sanballı və mükəmməl kitab nəşr olunmayıb.
Vurğulanıb ki, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi bundan sonra da milli mətbəximizin təbliği, tədqiqi, unudulmaqda olan milli mətbəx nümunələrinin toplanması işini layiqincə davam etdirəcək.
Tədbirdə mərkəzin mühəndis-texnoloqu Minayə Bayramovanın, mütəxəssis Aynur Hüseynovanın çıxışları olub.

Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR