A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar kitabxananın oxu zalında məktəbli oxucuların iştirakı ilə “Oxucu söz istəyir” adlı oxucu konfransı keçirmişdir.
Tədbir başlanmazdan əvvəl məktəbli oxucular kitabxananın foyesində dünya və Azərbaycan ədəbiyyatı nümunələrinin sərgiləndiyi sərgiyə baxmışlar.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kamal Axundov açmışdır. O, 2 aprel tarixinin məşhur Danimarka yazıçısı Hans Xristian Andersenin doğum günü ilə bağlı olduğunu, Andersenin 150-yə yaxın uşaqlar üçün nağıllar yazdığını bildirmiş və qeyd etmişdir ki, Andersenin 100 il bundan əvvəl yazdığı nağıllar bu gün də uşaqlar tərəfindən sevilə-sevilə oxunur.
Kitabxananın şöbə müdiri Şəfa Orucova çıxış edərək dünya və uşaq ədəbiyyatının uşaqların tərbiyəsində rolundan danışmışdır.
Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, analoji tədbir Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə və 10 nömrəli uşaq bağçasında da keçirilmişdir.
Sona MİRZƏYEVA