25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda həmyerlimiz Eldar Zeynalovun rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
Sərginin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı  Ülviyyə Həmzəyeva çıxış edərək rəssamın həyat yolu, yaradıcılığı haqqında iştirakçılara məlumat verib. Qeyd edilib ki, rəssamın əsərləri Avstraliyada, Yeni Zellandiyada, ABŞ-da, Yaponiyada, Türkiyədə, Pakistanda, İranda və ərəb ölkələrində, Rusiyada, Sloveniyada, Almaniyada, Fransada təşkil edilmiş sərgilərdə nümayiş etdirilib. Rəssam 2011-ci ildə Sloveniyada keçirilən Beynəlxalq Rəsm Müsabiqəsinin qalibi olub. Hazırda Moskva Memarlıq Akademiyasının Şəhərsalma kafedrasının baş müəllimi kimi fəaliyyət göstərir.
Rəssam Eldar Zeynalov çıxışında ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar. “Ayasofya İslam”, “Anamın portreti”, “Avtoportret”, “Piran haqqında ballada”, “Lalə və Lili”, “İstanbuldan xatirə”, “Zülfüqar”, “Roma əsgərləri ilə avtoportret” əsərləri tamaşaçılarda böyük maraq oyadıb.
Məlumat üçün bildirək ki, “Portretlər” adlı sərgi martın 18-dək davam edəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR