Naxçıvan Şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İmamqulu Əhmədov, məktəbin direktoru Günay Əliyeva, dərs hissə müdiri Nizami Məmmədov çıxış ediblər.
Sonra söz məktəbin şagirdlərinə və müəllimlərinə verilib. Onların hazırladığı musiqi çələngi şagird valideynləri tərəfindən alqışlarla qarşılanıb.
Xəbərlər şöbəsi