26 Dekabr 2024, Cümə axşamı

Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Ramiz Qurbanov açaraq bildirib ki, ötən il televiziyanın yaradıcı kollektivi tərəfindən 1906 proqram və veriliş hazırlanıb, 2 televiziya və 4 sənədli film çəkilərək efirə verilib. Radionun yaradıcı kollektivi isə 2580 proqram və veriliş təqdim edib.
“Milli dəyərlər ili” olan 2012-ci ildə kollektiv tərəfindən milli dəyərlərimizin öyrənilməsi və təbliği istiqamətində verilişlər, mütəmadi olaraq xəbər süjetləri hazırlanaraq efirə verilib.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Fərasət Əsədullasoy kollegiya iclasında çıxış edərək muxtar respublikada televiziya və radio yayımı haqqında qanunvericiliyə düzgün əməl olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sahil Tahirli çıxış edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR