25 Dekabr 2024, Çərşənbə

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar sərgi təşkil edilmişdir. Sərgiyə baxışdan əvvəl birliyin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva və Azərbaycan Rəssamlar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Məhəmmədəli Ələkbərov çıxış edərək bildirmişlər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırımı törətmiş, yüzlərlə sakin bu vəhşiliyin qurbanı olmuş, əsir alınmış və itkin düşmüşdür.

“Xocalı soyqırımı” kimi tarixə düşən bu qanlı hadisə bir daha erməni xislətini ortaya qoymuş, xalqımızın şüurunda dərin iz buraxmışdır.
Qeyd olunmuşdur ki, üzərindən illər keçsə də, Xocalı faciəsi heç zaman unudulmur, şəhidlərimizə diqqət və ehtiram əlaməti olaraq muxtar respublikada fəaliyyət göstərən rəssamlar öz yaradıcılıqlarında tez-tez bu mövzuya müraciət edirlər. Qəhrəmanlıq salnaməmizə əks olunmuş bu əsərlər bir daha xalqımızın qan yaddaşını yeniləməklə bərabər, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında da mühüm rol oynayır.  
Sonra sərgiyə baxış olmuşdur.
Qeyd edək ki, sərgiyə 36 rəssamın 49 əsəri çıxarılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR