25 Dekabr 2024, Çərşənbə

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ilə birgə Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında rəsm müsabiqəsi keçirmişdir. Müsabiqə başlanmazdan əvvəl çıxış edənlər 22 il öncə  ermənilərin dinc Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən, faciənin başvermə səbəblərindən, o vaxtkı Azərbaycan hakimiyyətinin öz vətəndaşlarının taleyinə qarşı göstərdiyi biganəlikdən danışmışlar.
Sonra müsabiqənin nəticələri elan olunmuşdur. Orta təhsil müəssisələri arasında Naxçıvan Dövlət Texniki Kollecin tələbələri Axtər Sadiqova və Könül Mərdanova birinci və ikinci yerlərin sahibi olmuşlar. Üçüncü yerə Naxçıvan Tibb Kollecinin tələbəsi Elmar Ağasoy çıxmışdır.
Ali təhsil müəssisələri üzrə Naxçıvan Dövlət Universitetinin tələbəsi Araz Həsənzadə birinci, Naxçıvan Özəl Universitetinin tələbəsi Məhəmmədəli Məmmədli ikinci, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Lalə Mirzəyeva üçüncü yerlərə layiq görülmüşlər.  
Qaliblərə  təşkilatçılar tərəfindən diplom və hədiyyələr verilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR