25 Dekabr 2024, Çərşənbə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Muxtariyyət ili” ilə əlaqədar Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Naxçıvan ədəbi mühiti muxtariyyət illərində” mövzusunda açıq dərs keçilmişdir.
Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Lalə Nəbiyeva açıq dərsdə bildirmişdir ki, XX əsrdə Naxçıvan diyarı Azərbaycan ədəbi mühitinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş etmişdir. C.Məmmədquluzadə, H.Cavid, M.S.Ordubadi, A.Babayev, Ə.Qəmküsar, H.İbrahim­ov, İ.Səfərli kimi görkəmli şair və yazıçıları ilə tanınmış Naxçıvan Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir. Naxçıvanın muxtariyyət statusu öz hüquqi həllini tapandan cəmi 4 il sonra – 1928-ci ildə Bakıda fəaliyyət göstərən “Gənc qələmlər” təşkilatının Naxçıvan filialı yaradılmış, 1934-cü ildə isə Azərbaycan Yazıçılar İttifaqı fəaliyyətə başlamışdır. Həmin dövrdə Naxçıvanda Yazıçılar İttifaqının filialı üzvlərinin sayı az olduğundan geniş fəaliyyət göstərə bilməmişdir.

Ötən əsrin 40-50-ci illərində Naxçıvan ədəbi mühitində imzaları görünən Adil Babayev, İslam Səfərli, Nağı Nağıyev, Müzəffər Nəsirli, Məmmədəli Tarverdiyev, Əvəz Sadıq, Hüseyn Razi və başqaları sonrakı dövrlərdə Azərbaycan ədəbi mühitində yaxşı tanınan şair və yazıçılar kimi öz sözlərini demişlər.
Qeyd olunmuşdur ki, muxtariyyət dövründə ədəbi mühitin nümayəndələrinə ən böyük diqqət ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə göstərilmişdir. Dahi şəxsiyyət hər zaman yaradıcı insanlara böyük qayğı ilə yanaşmış, Naxçıvanda yaşayıb-yaradan qələm sahiblərinin əməyini yüksək qiymətləndirmişdir.
Son 18 il ərzində şair və yazıçılarımıza diqqət və qayğı daha yüksək olmuşdur.
70 illik sovet dönəmində Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarımızın 150-yə qədər kitabı çap olunduğu halda, son 15-20 ildə 800-ə qədər kitab işıq üzü görmüşdür.
Naxçıvan Muxtar Respub­likasının yaradılmasının 85 illiyi münasibətilə “Dünyanın bəzəyi” adlı antologiya çap olunmuşdur. Uşaqlar üçün “Uşaqlar və Gü­nəş” adlı almanax işıq üzü görmüşdür.
Bu gün Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılarımız, filoloq alimlərimiz onlara göstərilən yüksək qayğıya cavab olaraq yeni, dəyərli əsərləri ilə oxucularını sevindirirlər.
Sonra “Naxçıvan Muxtar Respublikası – 90” adlı sərgiyə baxış olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR