25 Dekabr 2024, Çərşənbə

Naxçıvan şəhər 7 nömrəli uşaq bağçasında “Muxtariyyət ili” ilə əlaqədar ədəbi-bədii gecə keçirilmişdir.
Məktəbəqədər müəssisənin kiçikyaşlı sakinlərinin, tərbiyəçilərin, valideynlərin iştirak etdiyi tədbirdə bağçanın müdiri Şəbnəm Həmzəyeva çıxış edərək bildirmişdir ki, dövlətimiz uşaqların sağlam, firavan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərir. Bu gün biz uşaqlarımızın gələcəyi naminə atılan hər bir addımda dövlətimizin yanında olmalı, ona dəstək verməliyik. Tədbirin keçirilməsində də əsas məqsəd balacalarda doğma torpağa, el-obaya məhəbbət hissləri aşılamaq, onlarda vətənpərvərlik duyğularını gücləndirmək,  incəsənətə maraq oyatmaqdır.
Valideyn Aynurə Abbasova “Muxtariyyət ili”ndə bu qəbildən keçirilən tədbirlərin uşaqların inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirmiş, uşaqların məktəbəqədər təhsilinin ən yüksək səviyyədə inkişafının muxtar respublika sakinləri tərəfindən minnətdarlıqla qarşılandığını qeyd etmişdir.
Uşaqların ifasında  doğma Naxçıvana, onun bənzərsiz gözəlliklərinə, qədim tarixinə həsr olunmuş mahnılar səsləndirilmiş, Azərbaycanın Dövlət atributları haqqında şeirlər bədii qiraət edilmişdir. Milli rəqslərimizin uşaqlar tərəfindən özünəməxsus tərzdə ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Vətən haqqında uşaqlar tərəfindən göstərilən səhnəciklər də tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Sonda tədbir iştirakçıları “Muxtariyyət – 90” başlığı altında təşkil edilmiş sərgiyə baxmışlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR