25 Dekabr 2024, Çərşənbə

“Naxçıvan teatrı (Məqalələr, xatirələr)” – AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çap olunan yeni kitab belə adlanır. Kitabın tərtibçiləri AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fərman Xəlilov və Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Cəfərov, rəyçisi akademik İsmayıl Hacıyev, elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımovdur.
Kitaba Naxçıvan teatrı ilə bağlı müxtəlif müəlliflərin  məqalə və xatirələri ilk dəfə olaraq toplu halında daxil edilmişdir. Həmin məqalə və xatirələr teatrın keçdiyi yaradıcılıq yolu haqqında bütöv və sistemli təsəvvür yaratmağa yönəldilmişdir.

Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxan 296 səhifəlik kitabda Rzaqulu Nəcəfovun “Cəlil Məmmədquluzadə və Azərbaycan səhnəsi”, Əliqulu Qəmküsarın “Sənayeyi-nəfisə”, Rza Təhmasibin “Ölülər Naxçıvanda”, Əziz Şərifin “Yenə “Ölülər” haqqında”, Abbas Zamanovun “33 il sonra”, Lətif Hüseynzadənin “Sabir və Naxçıvan teatrı”, İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə və Naxçıvan teatrı” adlı məqalələri xüsusilə maraq doğurur. Görkəmli yazıçı və korifey sənətkarlarımızdan C.Məmmədquluzadə,  Mirzağa Əliyev, Sidqi Ruhulla, Mirzə İbrahimov, Səməd Mövləvi və başqalarının Naxçıvanda teatr tarixi ilə bağlı xatirələri də seçilərək kitaba daxil edilmişdir. Kitabın izahlar və qeydlər bölməsində toplanmış məqalələrin saxlanıldığı fondlar, çap olunduğu mətbu orqanlar, məqalələrdə qeyd olunan tarixi məkanlar, şəxslər haqqında da oxuculara geniş informasiya verilir. Qeyd edək ki, kitaba daxil edilmiş materialların bir qismi ilk dəfə olaraq çap edilmişdir. Kitab mədəniyyət tariximizin öyrənilməsi üçün dəyərli mənbələrdən biri hesab oluna bilər.

Türkan HÜSEYNLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR