21 Dekabr 2024, Şənbə

Sentyabrın 24-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 139-cu yaradıcılıq mövsümünün açılış tədbiri olub.


Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxışında vurğulayıb ki, Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra – 1883-cü il mayın 11-də əsası qoyulan və bu gün 139-cu mövsümünə başlayan Naxçıvan teatrı xalqımızın mənəvi təkamülündə, estetik şüurunun formalaşmasında, tarixi mübarizələrin bədii təcəssümündə əhəmiyyətli rol oynamışdır.
Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyəti üçün yaradılan şəraitdən də bəhs edən nazir bildirib ki, muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində daim ardıcıl tədbirlər həyata keçirilir, teatr sənətinə bağlı insanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edək ki, 139-cu teatr mövsümünün açılışı münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi rus yazıçısı Nikolay Qoqolun “Müfəttiş” komediyası əsasında hazırlanmış səhnə əsərini teatrsevərlərə təqdim edib. Tamaşanın rejissoru xalq artisti Kamran Quliyev, əsas rolları Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev, Əbülfəz İmanov, Behruz Haxverdiyev və başqaları canlandırıblar.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR