22 Dekabr 2024, Bazar

Sentyabrın 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində Ordubad şəhər və Vənənd kənd uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs keçirilmişdir.

Dərsə başlamazdan əvvəl Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin direktor əvəzi Hüseynqulu Abbasov  bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamının, bu yubileyin Naxçıvanda da geniş şəkildə qeyd olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə Tədbirlər Planın təsdiq edilməsi görkəmli söz ustadının ədəbi irsinin təbliği baxımından böyük əhəmiyyətə malikdir.

Qeyd olunmuşdur ki, aşıq sənəti – Azərbaycanda xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan böyük bədii təsir gücünə malikdir, tarixi keçmişi və ifaçının müasiri olan adamların mənəvi dəyərlərini tərənnüm edir və xalq kütlələrinin estetik tələblərini ödəyir, həmçinin xalq yaradıcılığının müdriklik qatlarından irəli gələn musiqi təfəkkürü fəlsəfi mədəniyyətin hərəkətverici qüvvəsi olan bir formadır.

Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Ustad dərsi Naxçıvan Muxtar Respublikasının Aşıqlar Birliyinin sədri Tural Bağırov aparmışdır. Dərs zamanı aşıq sənətinin qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbənd və digər nümunələri barədə məlumat və praktik tövsiyələr verilmişdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR