Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən kitabxanaların əməkdaşları üçün təşkil olunmuş “Ümumi və fərdi uçot kitablarının, kitabxana gündəliyinin işlənmə qaydaları” adlı seminar olub. Nazirliyin əməkdaşı Şəfəq Abbasova seminarda çıxış edərək bildirib ki, məqsəd kitabxanaçılara əməli və metodik köməklik göstərməkdən ibarətdir. Seminar 6 mərhələdə keçirilib. Növbəti seminar Naxçıvan Şəhər Mərkəzləşmiş Kitabxana Sisteminin əməkdaşları üçün təşkil olunub.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova ümumi və fərdi uçot kitablarının, kitabxana gündəliyinin işlənmə qaydaları haqqında məlumat verib.
Sonda suallar cavablandırılıb, kitab üzərində əyani olaraq nümunələr göstərilib.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti