26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edilmişdir. Sərgiyə baxışdan əvvəl birliyin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirmişdir ki, illər ötsə də, bu faciə heç zaman unudulmur, şəhidlərimizə diqqət və ehtiram əlaməti olaraq muxtar respublikada fəaliyyət göstərən rəssamlar öz yaradıcılıqlarında tez-tez bu mövzuya müraciət edirlər.

Xalq rəssamı Hüseynqulu Əliyev və Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Məhəmməd­əli Ələkbərov çıxış edərək 20 Yanvar faciəsinin Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü kimi tariximizə daxil olduğunu qeyd etmişlər. Vurğulanmışdır ki, sərgidə xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsi rəsm əsərlərinin dili ilə müxtəlif yaradıcılıq təxəyyülü baxımından əks olunmuşdur. Nümayiş olunan rəsm əsərləri içərisində gənc rəssamların əsərləri xüsusilə diqqəti çəkir. Bu da, öz növbəsində, faciənin yetişməkdə olan gənc nəslin yaddaşından heç bir zaman silinməyəcəyini və belə yaradıcılıq nümunələri ilə gələcək nəsillərə də aşılanacağını göstərir.

Sonra sərgiyə baxmış olmuşdur.
Qeyd edək ki, sərgiyə 24 müəllifin 40 əsəri çıxarılmışdır. Onların arasında Azərbaycan Rəssamlar İttifaqına yenicə üzv qəbul olunmuş gənc rəssamların əsərləri də vardır.

Dilrubə NOVRUZOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR