22 Dekabr 2024, Bazar

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində keçirilən növbəti yığıncaq “Oxunması zəruri olan kitablar”dan “Sirlər xəzinəsi” poeması və “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ölkə başçısı tərəfindən 2021-ci il 5 yanvar tarixdə imzaladığı, 2021-ci ilin Azərbaycanda “Nizami ili” elan edilməsi ilə bağlı Sərəncam Nizami Gəncəvi irsinin yenidən və daha dərindən tədqiqinə şərait yaradıb. Bölmə rəhbəri müxtəlif tədqiqatçıların Nizami yaradıcılığı ilə bağlı əsərlərindən sitatlar gətirərək görkəmli Azərbaycan şairinin dünya ədəbiyyatındakı rolundan danışıb. Qeyd olunub ki, Nizami Gəncəvi yüksək istedada malik, zəngin ədəbi və fəlsəfi məktəb yaradan şairdir.

Akademik dahi şairimiz Nizamı Gəncəvinin “Sirlər xəzinəsi” və “Nizaminin hikmət və nəsihətləri” kitabının “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilməsinin əhəmiyyətini vurğulayıb.
Müzakirədə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Müdriklik kitabı: “Sirlər xəzinəsi”, “Nizaminin hikmət və nəsihətləri” mövzusunda məruzə edib. Məruzədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin elm, bilik, humanist ideallar, bəşəri dəyərlər əxz edən yaradıcılığı ilə bütün bəşər və dünya xalqlarının ehtiramla mütaliə etdiyi korifey sənətkar olduğu vurğulanıb.
Tədqiqatçı bu görkəmli sənətkarın həyat və yaradıcılığının mükəmməl şəkildə öyrənilməsinə yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlandığını, bu ənənənin hazırda da ölkəmizdə uğurla davam etdirildiyini söyləyib.
Bildirilib ki, şairin “Sirlər xəzinəsi” poeması gənc nəsillər üçün əsl humanist dəyərlər, vətənpərvərlik, əməksevərlik, xalqa bağlılıq təbliğ edən zəngin mənəviyyat kitabıdır. Nizami yaradıcılığında kamil insan problemi əsas mövzudur. Xoşbəxtliyə gedən yolun haqdan, düzlükdən, adil cəmiyyətdən keçdiyini təlqin edən dahi şair halal zəhməti, elm və biliyi hər şeydən üstün tutur.
Məruzəsində milli-mənəvi dəyərlərin təbliği məsələlərinə toxunan tədqiqatçı dünya mütəfəkkirlərinin fəlsəfi fikirləri ilə Nizaminin fəlsəfəsi arasında təhlillər apararaq vəhdət təşkil edən məqamları təhlil edib. Onun Naxçıvanla əlaqələri də məruzədə öz əksini tapıb.
İnstitut əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev və dosent Aygün Orucova müzakirə olunan əsərlərlə bağlı çıxış ediblər. Çıxışlarda şairin müdrik kəlamlarının ehtiva etdiyi dərin fəlsəfi fikirlər, rəqəm və simvollarda gizlənmiş bir sıra məsələlərə aydınlıq gətirilib. Nizami fəlsəfəsində aşılanan humanizm çıxışların əsas xəttini təşkil edib.


AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR