Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində 20 Yanvar hadisələrinin 23-cü ildönümü ilə əlaqədar “Şəhidlik zirvəsi” adlı ədəbi tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik uğrunda gərgin mübarizəsi tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edib. Vurğulanıb ki, 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin verilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndər Heydər Əliyev xalqın müstəqillik arzusunun qəddar və qanlı üsullarla qarşısının alınmasına çalışılmasını ilk dəfə kəskin tənqid etmiş və dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmişdir.
Sonra Yazıçılar Birliyinin üzvlərindən Səhlab Məmmədov, Elxan Yurdoğlu, Firudin Süleymanoğlu, Dilsuz Dünyamalıyev və başqaları 20 Yanvar şəhidlərinə həsr etdikləri şeirləri oxuyublar.
Elnur KƏLBİZADƏ