22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələrinə “Kitabxana-biblio­qrafiya proseslərinin avtomatlaşdırılması” mövzusunda açıq dərs keçilib.

Açıq dərsdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyəti və icrası ilə bağlı görülmüş işlər haqqında məlumat verib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin hamiliyinə verilmiş Kitabxana və informasiya ixtisası üzrə təhsil alan tələbələrlə 2020-2021-ci tədris ilində kitabxanada da bir sıra tədbirlər – açıq dərslər, kitab müzakirələri keçirilib. Belə tədbirlərin keçirilməsində məqsəd peşəkar və təcrübəli gənc kitabxanaçı kadrların hazırlanmasına nail olmaqdır.
Kitabxananın Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Heyran Ələsgərova “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” mövzusunda çıxış edərək bildirib ki, şöbə 2012-ci il dekabr ayında elektron kitabxana yaradıldıqdan sonra təşkil edilib. Şöbənin əsas iş prinsipinə avtomatlaşdırılmış kitabxana proseslərinin administrasiyası, yəni kitabxanada həyata keçirilən avtomatlaşdırma proseslərinə nəzarət, elm sahələri üzrə məlumat bazalarının formalaşdırılması, kitabxanada olan çap məhsullarının elektron kitabxanada əks etdirilməsi, elektron kataloqun tərtibi və ondan düzgün istifadəyə nəzarət olunması, onlayn kataloqdan istifadə etməklə informasiya mənbələrinin seçilməsində istifadəçiyə köməklik göstərilməsi, daimi olaraq virtual (e-mail) şəkildə istifadəçiləri maraqlandıran sualların cavablandırılması daxildir.
Sonda suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR